Valdas Dambrauskas: “Bunun aptekdə satılan dərmanı yoxdur”

Arxiv fotosu; Valdas Dambrauskas
Sabah FK · Arxiv fotosu

Misli Premyer Liqasının XI turunda “Şamaxı” ilə 2:2 hesablı heç-heçə edən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas nəticənin iddialı komanda üçün qəbuledilməz olduğunu bildirib. Mütəxəssis oyunun dalğalı keçdiyini, ilk 20 dəqiqədən sonra təşəbbüsü əldən verdiklərini və rəqibə əks-hücum imkanları yaratdıqlarını qeyd edib.

Hakim idarəçiliyinə münasibət bildirən Dambrauskas, daxili çempionatda da UEFA Çempionlar Liqasındakı kimi dəqiq standartların tətbiqini arzuladığını, lakin hakimlərdən narazılıq etmək niyyətində olmadığını vurğulayıb.

Sıx qrafik və avrokuboklardan sonra daxili liqaya adaptasiya məsələsinə toxunan baş məşqçi, geniş rotasiyaların futbolçular arasında anlaşmaya təsir etdiyini bildirib. O, bu çətinliklərin həlli üçün hazır bir vasitənin olmadığını qeyd edərək, qarşıdakı fasilədən oyun əlaqələrini inkişaf etdirmək üçün istifadə edəcəklərini açıqlayıb.

Dambrauskas hava şəraitinin nəticəyə bəhanə ola bilməyəcəyini, peşəkar futbolçuların hər cür şəraitə uyğunlaşmağı bacarmalı olduğunu əlavə edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6