Azərbaycanın U-15 millisi Mozambiki məğlub edərək dünya çempionatında növbəti mərhələyə yüksəlib

Arxiv fotosu; Azərbaycan millisi Cəbəllütariq üzərində inamlı qələbə qazandı
AFFA · Arxiv fotosu

Bakıda keçirilən dünya çempionatında mübarizə aparan Azərbaycanın U-15 futbol millisi Mozambik yığması ilə qarşılaşıb. Baş məşqçi Fəmiil Xəlilovun rəhbərlik etdiyi komanda 4:1 hesablı qələbə qazanıb.

Qarşılaşmada Azərbaycan millisinin heyətində Həsən Məhəmmədov, Qafar Babayev və Yusif Əlizadə fərqləniblər. Mozambik yığmasının bir futbolçusu isə topu öz qapısına göndərib.

Dünya çempionatında 81-88-ci yerlər uğrunda mübarizə aparan Azərbaycan millisi bu qələbə ilə 81-84-cü yerlər uğrunda yarımfinal mərhələsinə adlayıb. Komandanın növbəti rəqibi Vyetnam yığması olacaq. Bu nəticə ilə Azərbaycan millisi turniri 84-cü yerdən aşağı pillədə başa vurmayacağını təmin edib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6