Azərbaycan və Andorra yığmaları arasında yoldaşlıq görüşündə çoxsaylı əvəzetmələr edilib

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

Noyabrın 16-da keçirilən Azərbaycan və Andorra yığmaları arasındakı yoldaşlıq görüşündə ümumilikdə 20 futbolçu dəyişikliyi baş tutub. Bu dəyişikliklərin 9-u Azərbaycan, 11-i isə Andorra komandasının payına düşüb.

AFFA-nın mətbuat katibi Aida Əliyeva əvəzetmələrin sayının matçdan öncə tərəflər arasında razılaşdırıldığını təsdiqləyib. Baş məşqçi Ayxan Abbasovun daha iki dəyişiklik etmək imkanı olsa da, o, buna ehtiyac duymayıb.

Oyunboyu edilən çoxsaylı dəyişikliklər matçın axarına və tempinə mənfi təsir göstərib. Hər dəyişiklik zamanı oyunun dayanması meydanda futbol mübarizəsindən çox, ehtiyat oyunçular skamyası ilə meydan arasında gediş-gəlişin yaşanmasına səbəb olub.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6