Azərbaycanlı futbolçu Elşad Manafov 8 aya alman dilini öyrənib

Vaxtilə “Bakı”, “Turan”, “Sumqayıt”, AZAL, “Sabah” və “Qaradağ Lökbatan” klublarında çıxış etmiş, hazırda isə çimərlik futbolu üzrə Azərbaycan millisinin üzvü olan Elşad Manafov alman dilini sərbəst səviyyədə öyrənib.

Manafov bu dil səviyyəsinə cəmi 8 ay ərzində çatıb və videoda öz karyerası ilə bağlı məlumatları almanca təqdim edib.

Xarici dil bilikləri legioner həyatı yaşamaq istəyən futbolçular üçün vacib üstünlük hesab olunur, lakin Azərbaycanda bir çox oyunçu təhsilə və şəxsi inkişafa kifayət qədər diqqət ayırmır.

Dil biliklərinin aşağı olması futbolçuların xarici klublara keçidində tərəddüdə və beynəlxalq oyunlarda ünsiyyət problemlərinə səbəb olur.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6