Azərbaycan 2-ci liqasında 13-cü turun hakim təyinatları bəlli olub

Azərbaycan 2-ci liqasında 13-cü turun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Noyabrın 28-də “Hypers” və “Şirvan” komandaları Bərdə şəhər stadionunda qarşılaşacaq. Görüşü Rəsul Babayev, Hüseyn Vəliyev, Sadiq Əliyev və Elçin Abdullayev idarə edəcək.

Noyabrın 29-da keçiriləcək oyunlarda “Kür-Araz” - “Şəmkir” matçına Mehdi Yusifov, “Qaradağ Lökbatan” - “Şəki” görüşünə Pərviz İbrahimov, “Marafon” - “Zəngəzur” qarşılaşmasına isə Sənan Bayramzadə təyinat alıb.

Noyabrın 30-da baş tutacaq “Dinamo” - “Ağstafa Gəncləri” oyununun baş hakimi Hacıağa Həsənov, “Ağdaş” - “Difai” matçının baş hakimi isə Vaqif Vəliyev olacaq.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6