Azərbaycan – Çexiya futzal matçını italiyalı hakimlər idarə edəcək

Arxiv fotosu; Futzal millimiz Latviya ilə qarşılaşıb
AFFA · Arxiv fotosu

Futzal üzrə dünya çempionatının (DÇ-2028) əsas mərhələsinin 12-ci qrupunda yer alan Azərbaycan və Çexiya yığmaları noyabrın 5-də üz-üzə gələcək. Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını Kiara Perona yerinə yetirəcək, ona Martina Pikkolo və Simone Zanfino kömək edəcəklər. Görüşün “timekeeper”i İmran Məhərrəmov, hakim-inspektoru niderlandlı Viktor van Helvoirt, UEFA nümayəndəsi isə belaruslu Andrey Medvedev olacaq.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6