Toral Bayramov: Lixtenşteynlə oyunda qələbə qazanmaq istəyirik

Arxiv fotosu; Toral Bayramov
Arxiv fotosu

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov UEFA Millətlər Liqasının D Liqası çərçivəsində Lixtenşteynlə keçiriləcək səfər matçından gözləntilərini açıqlayıb. Futbolçu komandanın qarşılaşmaya ciddi hazırlaşdığını və qələbəyə kökləndiyini bildirib.

Toral Bayramov Bakıdakı ilk oyunda hesabın açılmadığını xatırladaraq, bu dəfə rəqib meydanında qələbə qazanmaq niyyətində olduqlarını vurğulayıb. O, komandasına inandıqlarını və xalqa qələbə sevinci yaşatmaq istədiklərini qeyd edib.

Lixtenşteyn və Azərbaycan yığmaları arasında Vaduts şəhərində baş tutacaq oyun noyabrın 13-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6