Əhməd Ticani: Azərbaycanda heç kimlə əlaqəm yoxdur

Azərbaycan futbolunun keçmiş hücumçusu Əhməd Ticani hazırda Misirin Qahirə şəhərində yaşayır və futbol agenti kimi fəaliyyət göstərir. O, müxtəlif ölkələrdən olan futbolçuların səviyyəli klublara keçidinə kömək etdiyini bildirib.

Ticani Azərbaycan Premyer Liqasının səviyyəsinin yüksəldiyini qeyd etsə də, hazırda ölkədəki klub rəsmiləri və ya agentlərlə əlaqəsinin olmadığını vurğulayıb. O, bəzi azarkeşlər və keçmiş “Şahdağ Qusar” təmsilçiləri ilə əlaqə saxlasa da, Azərbaycana futbolçu göndərmək barədə konkret planı yoxdur.

Futbolçu karyerasına Azərbaycanda başlayan Ticani, 2005-ci ildə ilk olaraq “Gəncə”nin toplanışında iştirak etdiyini, lakin baş məşqçi Şahin Diniyevin bəyənməsinə baxmayaraq, klubla müqavilə bağlamadığını xatırlayıb. Daha sonra “Şahdağ-Samur”a keçən hücumçu, burada göstərdiyi performansa görə Ukraynadan təklif alsa da, klub prezidentinin məsləhəti ilə Azərbaycanda qaldığını bildirib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6