U-15 millisinin təlim-məşq toplanışı başlayıb

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bayıl İnkişaf Mərkəzində təlim-məşq toplanışına start verib.

AFFA-nın məlumatına görə, hazırlıq prosesi noyabrın 27-dək davam edəcək.

Toplanışa müxtəlif klublardan 27 futbolçu dəvət olunub. Heyətdə “Sabah”, “Qarabağ”, “Neftçi”, “Sumqayıt”, “Ulduz FA”, “Qəbələ”, “Turan Tovuz”, “Kəpəz”, “Zirə” və “Binə” klublarının üzvləri yer alıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6