AFFA I səviyyə skautinq sertifikat proqramına qəbul elan edir

AFFA futbol skautinqi sahəsində ixtisas hazırlığını artırmaq istəyənlər üçün I səviyyə sertifikat proqramına qəbul elan edib. Proqram iştirakçılara oyunçuların potensialını müşahidə, təhlil və qiymətləndirmə üzrə ilkin bilik və bacarıqlar qazandırmağı hədəfləyir.

Təlimlər skautun rolu, etik prinsiplər, oyunçuların texniki-taktiki, psixoloji, fiziki və sosial qiymətləndirilməsi, həmçinin hesabatların hazırlanması kimi mövzuları əhatə edir.

Proqrama futbol klublarında və akademiyalarda fəaliyyət göstərən şəxslər müraciət edə bilər, UEFA məşqçilik lisenziyası olanlara isə üstünlük veriləcək.

İki gün davam edəcək proqramın ilk günü 19 dekabr 2026-cı il tarixində nəzəri təlimlərlə başlayacaq. İkinci gün isə real oyun şəraitində praktiki tapşırıqlar və yekun imtahan keçiriləcək.

İştirakın ödənişsiz olduğu proqramı uğurla bitirənlərə iki il müddətində etibarlı olan sertifikat veriləcək. Müraciətlər 7 dekabr 2026-cı il tarixinədək elektron formada qəbul olunur.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6