Azər Məmmədov: “Ədalətli nəticə heç-heçə idi”

Arxiv fotosu; Azər Məmmədov
Arxiv fotosu

Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz” Gəncədə “Qarabağ”la qolsuz heç-heçə edib. “Kəpəz”in baş məşqçisi Azər Məmmədov oyunun ədalətli nəticəsinin heç-heçə olduğunu bildirib.

Azər Məmmədov komandasının ilk hissədə qol epizodlarından yararlana bilmədiyini, lakin rəqibin də imkanları olduğunu qeyd edib. Baş məşqçi “Qarabağ”ın cinahlardakı gücünü nəzərə alaraq, bu matçda 5-li müdafiə sistemindən istifadə etdiklərini açıqlayıb.

Məşqçi komandasının kompakt oyun sayəsində qol buraxmadığını vurğulayıb. O, ehtiyat qüvvələrinin az olduğunu və qarşıdakı sıx qrafikdə futbolçuların bərpa prosesinin vacib olduğunu bildirib.

Azər Məmmədov komandanın avrokuboklara düşməsi ilə bağlı suala cavab olaraq, bu fikrin klubda eyforiya yaratmamalı olduğunu deyib. O, komandanın qarşısına qoyulan məqsədə çatmalı olduğunu və avrokuboklara düşməyin gözlənilməz hadisə olacağını qeyd edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6