MOİK Ceyhun Nuriyevin komandaya cəlb olunması məsələsinə münasibət bildirib

Arxiv fotosu; Ceyhun Nuriyev
Arxiv fotosu

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Ceyhun Nuriyev artıq iki həftədi Gəncədə hərbi xidmətdədi. AFFA futbolçunun xidmətini MOİK-də keçməsi üçün Gənclər və İdman Nazirliyinə müraciət edib.

MOİK-in baş məşqçisi İlham Yadullayev Ceyhun Nuriyevi komandada görmək istədiyini bildirib. Lakin o, futbolçunu heyətə cəlb etmək səlahiyyətinin olmadığını qeyd edib.

Klubun mətbuat katibi Araz Əhmədov isə bildirib ki, Ceyhun Nuriyevin “Araz-Naxçıvan”la aktiv müqaviləsi var və bu məsələdə hər şey futbolçunun, klubunun və MOİK-in baş məşqçisinin qərarından asılıdı. O, futbolçunun hərbi xidməti məhz hərbi hissədə keçirmək istəyə biləcəyini də istisna etməyib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6