Əvəzedicilər Liqasında X turun oyunlarını idarə edəcək hakimlər bəlli olub

Əvəzedicilər Liqasının X turunun təyinatları açıqlanıb. Oyunlar 27, 28 və 30 noyabr tarixlərində keçiriləcək.

Noyabrın 27-də “Araz-Naxçıvan-2” və “Zirə-2” komandaları Binə qəsəbə stadionunda qarşılaşacaq. Görüşü Rövşən Rəcəbov, Sevda Nuriyeva, Mirnihad Seyidov və Ləman Əmirli idarə edəcək.

Noyabrın 28-də “Sumqayıt-2” - “Şəfa-2”, “Qəbələ-2” - “Qarabağ-2” və “Şamaxı-2” - “Neftçi-2” matçları baş tutacaq. Bu oyunlarda müvafiq olaraq Ceyhun Hüseynov, Ruslan Quliyev və Şamil İmanzadənin rəhbərlik etdiyi hakim briqadaları iş başında olacaq.

Turun son oyunları noyabrın 30-da keçiriləcək. “Turan Tovuz-2” - “Sabah-2” matçına Namiq Bəkirov, “Kəpəz-2” - “İmişli-2” qarşılaşmasına isə Səbuhi Bayramov təyinat alıb.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6