Cəlal Hüseynovun komandası Rumıniyada qələbə qazanıb

Milli üzvü qələbənin iştirakçısı oldu

Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” klubu Rumıniya çempionatında səfərdə “Uta Arad” ilə qarşılaşıb.

Görüş “Petrolul”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cəlal Hüseynov matça ehtiyat oyunçular skamyasında başlayıb və 65-ci dəqiqədə meydana daxil olub.

Hazırda “Petrolul” 15 turdan sonra 27 xal toplayaraq turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6