Azərbaycanın üç klubu Avropanın ən etibarlı müdafiəyə malik 50 komandası sırasındadır

Misli Premyer Liqasının üç təmsilçisi cari mövsümdə Avropanın ən az qol buraxan 50 klubu siyahısına daxil olub.

Ən yaxşı göstəriciyə malik olan “Sabah” 10 oyunda 6 qol buraxaraq Avropada 15-ci pillədə qərarlaşıb.

“Qarabağ” 10 matçda, “Turan Tovuz” isə 11 matçda qapısında 8 qol görüb və hər iki komanda qitə üzrə 36-50-ci yerləri bölüşür.

Siyahıya 8 görüşdə cəmi 2 qol buraxan Cəbəllüttariqin “Sent-Jozef” və “Linkoln” klubları başçılıq edir.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6