Masallıda futbolun inkişafı ilə bağlı icra başçısı və klub rəhbərliyi arasında görüş keçirilib

Futbol cənuba qayıdır - icra başçısı klub prezidentini qəbul etdi!

AFFA Region Liqasında yeni mövsüm start götürüb və çempionluq uğrunda mübarizə aparan 73 komanda arasında “Lənkəran” və “Viləş” klubları da yer alıb.

“Viləş” klubunun prezidenti Mirələm Həşimov Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla görüşərək klubun mövcud çətinlikləri barədə məlumat verib. İcra başçısı məsələlərin həlli üçün müvafiq göstərişlər verib.

“Viləş” yeni mövsümdə ilk oyununu sabah saat 14.30-da Masallı Mərkəzi Stadionunda “Cəlilabad” komandasına qarşı keçirəcək. Oyun üçün giriş biletinin qiyməti 1 manat müəyyən edilib.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6