Azərbaycan I Liqasında “Səbail” “Şimal”ı məğlub edib

Arxiv fotosu; "Zirə" klubunun finalöncəsi məşqi
PFL · Arxiv fotosu

Azərbaycan I Liqasında IX tura yekun vurulub. “Səbail” öz meydanında “Şimal” komandasını 5:2 hesabı ilə məğlub edib.

Matçda qolları “Səbail”dən S.Budra, Y.Said, S.Ağalarov və P.Aqblevor vurub, “Şimal”dan isə M.Dadaşev və R.Hümbətov fərqlənib. A.Məmmədov isə avtoqol müəllifi olub. Oyunun son dəqiqələrində “Şimal”ın heyətində E.Əzizov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Turnir cədvəlində “Səbail” 16 xalla 5-ci, “Şimal” isə 11 xalla 6-cı pillədə qərarlaşıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6