Maykon Kleyton: “Neftçi” ilə oyunda yaratdığımız imkanlardan istifadə edə bilmədik

Misli Premyer Liqasının XIII turunda “Neftçi”yə 0:1 hesabı ilə məğlub olan “Zirə”nin qapıçısı Maykon Kleyton erkən buraxılan qolun işlərini çətinləşdirdiyini bildirib.

Kleyton ikinci hissədə baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıqlarını, lakin yaradılan imkanları qola çevirə bilmədiklərini qeyd edib.

Zədədən yeni qayıtdığını deyən qapıçı, son iki matçda tədricən uyğunlaşdığını və özünə inamını bərpa etdiyini vurğulayıb.

Qarşıdakı “Qarabağ” və “Sabah” oyunları barədə danışan Kleyton, bu rəqiblərin də “Neftçi” kimi böyük klublar olduğunu və onlardan xal qazana biləcəklərinə inandığını söyləyib.

Azərbaycan çempionatına uyğunlaşma prosesinin yaxşı getdiyini bildirən futbolçu, yeganə çətinliyin Braziliya ilə saat fərqi olduğunu əlavə edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6