“Turan Tovuz”un fanklubları “Kəpəz”lə oyun üçün sürpriz hazırlayır

Oyun başa çatıb. Nəticəyə bax

Azərbaycan Premyer Liqasının 13-cü turunda “Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul edəcək. Qərb derbisi adlanan bu qarşılaşma həm turnir cədvəlindəki mövqelər, həm də mövsümün ilk dövrəsindəki məğlubiyyətin əvəzini çıxmaq baxımından tovuzlular üçün xüsusi əhəmiyyət daşıyır.

“Turan Tovuz”un fanklubları stadionu doldurmaq və komandaya dəstək olmaq üçün ciddi hazırlıq görür. “The Hunans”ın idarə heyətinin üzvü Nicat Cəfərzadə bildirib ki, onlar azarkeşləri oyuna səsləyirlər və matçın başlanğıcında xüsusi bir hazırlığın şahidi olacaqlar.

“Ultras Turan” fanklubunun rəhbəri Kamal Saqqayev isə qrupun 3 gün ərzində bu görüşə hazırlaşdığını qeyd edib. O, stadionu dolduracaqlarını və hazırlıqlarının nəticəsinin oyun günü hər kəs tərəfindən görüləcəyini bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6