Elxan Məmmədov Azərbaycanda yüksək vəzifə tutmaq niyyətindədir

AFFA-nın keçmiş icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Azərbaycana qayıtmağı planlaşdırır. 2022-ci ildən FİFA-da çalışan funksioner gənclər və idman naziri və ya AFFA-nın prezidenti vəzifələrindən birini tutmaq istəyir.

Məmmədova yaxın şəxslər onun təbliğatını apararaq, ölkəyə qayıdacağı təqdirdə yüksək vəzifəyə təyin olunacağını iddia edirlər. İddialara görə, o, vəzifəyə gələcəyi halda müvafiq qurumda geniş kadr islahatları aparmağı planlaşdırır.

Elxan Məmmədovun AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayevlə əlaqələri davam edir. Onların bir müddət əvvəl İstanbulda, SOCAR-ın bəzi keçmiş funksionerlərinin də iştirakı ilə görüşdüyü bildirilir.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6