Hansi Flik “Sabah”la oyunda niyə əsəbiləşdiyini açıqlayıb

UEFA Çempionlar Liqası "Sabah" 1-4 "Barselona" (İspaniya)
PFL

“Barselona”nın baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasının 5-ci turunda “Sabah”la keçirilən və 4:1 hesablı qələbə ilə başa çatan oyunda əsəbiləşməsinin səbəbini izah edib.

Almaniyalı mütəxəssis komandasının dördüncü qolundan sonra qapısında qol görməsinə və buraxılan səhvə görə narazılığını bildirib. O, “Vilyarreal”la matçda olduğu kimi, oyunun sonunda səhvə yol verdikləri üçün əsəbiləşdiyini qeyd edib.

Flik “Sabah”ın qolundan sonra topa zərbə vurması ilə bağlı epizoda da toxunub. O, topu meydana vurmaq istədiyini, lakin meydandan kənarlaşdırılmaq ehtimalını nəzərə alaraq bundan çəkindiyini bildirib.

Baş məşqçi ümumilikdə komandasının Bakıdakı çıxışından razı qaldığını və məqsədləri olan qələbəyə nail olduqlarını vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6