“Qarabağ”ın müdafiəçisi Cebrail Makreçkis zədələnib

“Qarabağ”ın müdafiəçisi Cebrail Makreçkis Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”la keçirilən matçın son dəqiqəsində zədələnib.

Əzələsi dartılan 26 yaşlı latviyalı futbolçunun durumunun ciddi olduğu ehtimal edilir. Onun nə qədər müddətə sıradan çıxacağı hələlik bəlli deyil.

Matç başa çatdıqdan sonra “Qarabağ”ın digər oyunçuları komanda yoldaşlarına təsəlli veriblər.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6